Qoşunlarda yay tədris dövrü başladı – FOTOLARbackend

Qoşunlarda yay tədris dövrü başladı - FOTOLAR

2020-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün hərbi hissələrdə keçirilən tədbirlərdə tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də, onların icra qaydaları diqqətə çatdırılıb.Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək.

Yay tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazasının vəziyyəti yoxlanılıb.

Tədris dövrünün ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı məşğələləri başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*