Qriqoryan: “Ermənistan çox çətin vəziyyətdədir”backend

Qriqoryan: "Ermənistan çox çətin vəziyyətdədir"

“Ermənistan çox çətin vəziyyətdədir, təhlükəsizlik mexanizmləri işləmir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mediaya müsahibəsində deyib.

“Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri hazırda işləmir. İndi Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır.

Bizi Qərbə yönəlməkdə ittiham edirlər, lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz müxtəlif sahələrdə, təhlükəsizlik problemlərimizi həll etmək baxımından əməkdaşlıq edirik”, – deyə Qriqoryan bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*