backend

Quba yolundakı qəzada ölən qızlardan sonra sürücü də sağ qalmadı - VİDEO

Noyabrın 17-də Bakı-Quba yolunun Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan sürücü dünyasını dəyişib.

KONKRET.AZ-ın şimal bölgə müxbirinin verdiyi məlumata görə, qəza zamanı ağır bədən xəsarətləri alan Xaçmaz rayonu, Çiləgir kənd sakini Savalanov Hümbət Şayəddin oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “KamAZ” və “Vaz 21010” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində Xaçmazın Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı dünyasını dəyişmişdilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*