Qubada 8 yaşlı uşaq traktora qoşulan dərmansəpən qurğunun arasında qalıbbackend

Qubada 8 yaşlı uşaq traktora qoşulan dərmansəpən qurğunun arasında qalıb - HADİSƏ   

Qubada 8 yaşlı məktəbli dərmansəpən qurğunun arasında qalaraq xəsarətlər alıb.

KONKRET.az  xəbər verir ki, hadisə rayonun Hacıqayıb kəndində baş verib.

Belə ki, kənd sakini Zamiq Rəşad oğlu Harunov atasına məxsus traktora qoşulmuş dərmansəpən aparata ilişib. Məlumata görə, 8 yaşlı uşağın şalvarı işlək vəziyyətdə olan dərmansəpən qoşqunun hərəkətverici qurğusuna ilişib və qurğu onu bir neçə dəfə qaldıraraq yerə çırpıb. Nəticədə uşağın daxili orqanları zədələnib. Bundan başqa uşağın hər iki əli və sağ ayağı əzilib.

Z.Harunov Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib

Faktla bağlı araşdırma aparılır./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*