Qubanın Adur kəndində yeni körpü istifadəyə verildibackend

Qubanın Adur kəndində yeni körpü istifadəyə verildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Quba rayonunun Adur kəndində yeni körpünü istifadəyə verib.

KONKRET.az AAYDA-ya istinadən xəbər verir ki, körpünün inşasını qısa müddətdə agentliyə məxsus 11 №-li xüsusi təyinatlı yol istismarı MMC həyata keçirib.

Quba rayon mərkəzindən 50 km aralıda yerləşən Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.

Körpünün istifadəyə verilməsi tədbirində AAYDA-nın və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*