Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları koronavirusa yoluxub.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasova və ümumi şöbənin müdiri Neman Hüseynovun koronavirus testlərinin nəticəsi pozitiv çıxıb.
Virusa yoluxan hər iki şəxs Quba regional karantin mərkəzinə yerləşdirilib.
Cəlal Fərzəliyev,
KONKRET.az