Qukasyan: “Bu addım Ermənistan-Rusiya münasibətlərinə qarşı təxribatdır” – VİDEObackend

Qukasyan: "Bu addım Ermənistan-Rusiya münasibətlərinə qarşı təxribatdır" - VİDEO

“Sosial Ədalət naminə” partiyasının sədri Arman Qukasyan İrəvanda Aleksandr Qriboyedovun abidəsinin ləkələnməsi ilə bağlı videomüraciətində bildirilib ki, “bu addım iki qardaş ölkənin münasibətlərinə qarşı təxribatdır”.

Onun sözlərinə görə, bu vandalizm aktının müəllifi “ölkəmizin maraqlarına qarşı çalışan bir təxribatçıdır”.

KONKRET.az bildirir ki, Qukasyan Facebook hesabında Qriboyedovu ölkəsinin dostu adlandırıb və “buna görə də böyük bir səs-küy salmaq üçün onun abidəsini seçdilər”. Qukasyan vurğulayıb ki, “bu cür addımlar yalnız düşmənlərimiz üçün faydalıdır və bu addım da xüsusi sifarişlə hazırlanıb”.

Sonda Qukasyan əminliklə bildirib ki, hər iki ölkənin əksər insanları “bu cür təxribatların ölkələrimizin münasibətlərinə təsir göstərməsinə imkan verməyəcəklər”.

Xatırladaq ki, dünən gecə İrəvanda rus diplomatı və şairi Aleksandr Qriboyedovun abidəsi Şahen Harutyunyan tərəfindən qırmızı boya ilə ləkələnmişdi. Harutyunyan Facebook səhifəsində: “Njdenin xatirə lövhəsinin ləkələnməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, şair Qriboyedovun abidəsinə qırmızı boya tökdüm”, – yazmışdı.

Երևանում ներկել են Գրիբայեդովի արձանը։ Դատապարտում եմ։Shahen Harutyunyan

Gepostet von Arman Ghukasyan am Montag, 2. Dezember 2019

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*