İraqı qum fırtınası cənginə alıb.
KONKRET.az xəbər verir ki, qum fırtınası paytaxt Bağdad və cənub əyalətləri başda olmaqla, ölkənin bir çox bölgəsində təsirli olub.
Səlahəddin şəhəri və ətraf kəndlərdə ümumilikdə, 216 nəfər təbii hadisədən zərər çəkib.
Bağdad və Nəcəf şəhərlərində isə aviareyslərin dayandırıldığı bildirilir.
