Qurban Məmmədov xarici dövlətlərə işləyirmiş: Özü ETİRAF ETDİ – SENSASİON SƏSYAZISIbackend

Qurban Məmmədov xarici dövlətlərə işləyirmiş: Özü ETİRAF ETDİSENSASİON SƏSYAZISI

Londonda yaşayan vəkil Qurban Məmmədova məxsus qalmaqallı səsyazısı ortaya çıxıb. Səsyazmada Qurban Məmmədov xarici dövlətlərdən idarə olunduğunu etiraf edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ağabəy Həmidli adlı sosial şəbəkə istifadəçisi özünün “Facebook” hesabında bildirib.

O, Qurban Məmmədovun səsyazısını paylaşaraq bunları qeyd edib:

“Yuyulması mümkün olmayan bir cinayət varsa, o da vətənə xəyanətdir. Dövlət və dövlətçiliyimiz əleyhinə təbliğat aparmaq üçün hər bir Azərbaycanlının ağrı-acılı yeri olan, Tərtər hadisələri üzərində manipulyasiya etməklə, sui-istifadə edənlər mütləq cəzasını almalıdır. Hər dəfə xəyanət edənlər var ki, artıq xəyanət xarakterlərinin bir parçasına çevrilib! Q. Məmmədov kimilərinin…”, deyə paylaşımda vurğulanıb.

Qurban Məmmədov isə məlum səsyazısında dəhşətli açıqlamalar verib. O, birbaşa müxtəlif dövlətlərin diktəsi ilə çalışdığını etiraf edib.

“Mənim apardığım bu iş tək mənim məhsulum deyil ee… Qardaşım, burada yüzlərlə ziyalı işləyir. Üstəgəl bəzi dövlətlər rəsmi qaydada mənlə əlaqəyə girir. Nəyi nə vaxt etmək lazımdır, dedirdirlər mənə…Onu bilirsiz…Başa düşdünüz məni?”

Səsyazısını təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*