Qusar rayonunda karantin rejimini pozanlara qarşı belə addım atılır – FOTOLAR – VİDEObackend

Qusar rayonunda karantin rejimini pozanlara qarşı belə addım atılır – FOTOLAR - VİDEO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Qusar Rayon İcra Hakimiyyəti və qurumun tabeliyində olan orqanların əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının işçiləri mühüm tədbirləri davam etdirir.

KONKRET.az xəbər verir ki, müvafiq işçilər mütəmadi olaraq rayon ərazisində, mərkəzi küçələrdə fərdi qaydada vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edir.

Aparılan danışıqlarda sakinləri məsuliyyətli olmaq, eləcə də xüsusi karantin rejiminin tələblərinin yerinə yetirmək barədə xəbərdarlıq edilib.

Bildirilib ki, sakinlər qoyulan qaydalara ciddi riayət etməsələr, koronavirusla bağlı vəziyyət daha da pisləşəcək. Onlara pandemiya ilə bağlı real təhlükə barədə qısa məlumatlar verilib.

Rayon İcra Hakimiyyəti sakinlərin evdə qalmasını və qaydaları yerinə yetirməsini təmin etmək üçün digər dövlət strukturu ilə də birgə əməkdaşlığını davam etdirir.

Hazırladı: Sevinc Paşayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*