BMT baş katibi Antoniu Quterreş Türkiyəyə səfər edib.
KONKRET.az xəbər verir ki, baş katib artıq İstanbuldadır.
Quterreş iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması sazişinin imzalanma mərasiminə qatılacaq.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.
İmzalanma mərasimi İstanbulun Dolmabahçe sarayında keçiriləcək.
20:59
BMT baş katibi Antoniu Quterreş Türkiyəyə səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq məlumat verib.
O, Türkiyədə Ukraynanın ərzaq məhsullarına, Rusiya ərzaq və gübrələrinə tam qlobal çıxışı təmin etmək səylərini müzakirə edəcək.
Səfərin bu axşam başlayacağı bildirilir.
