“Ukraynada müharibə “Rusiya onu dayandırmağa qərar verənə qədər” davam edəcək.
KONKRET.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, diplomatik görüşlər belə Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmayacaq. “Rusiya onu bitirmək qərarına gələndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma mümkün olduqda müharibə bitəcək. İstədiyimiz qədər görüş keçirə bilərik, lakin bu, müharibəni bitirəcək şey deyil”, – Quterreş bildirib.
Bundan əvvəl məlum olub ki, Quterreş Ukraynaya gələcəyini Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra elan edib. Bir gün əvvəl Putin BMT Bbaş katibinə Ukraynadakı müharibənin əsas hadisələri ilə bağlı öz versiyasını təqdim edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
