Rafael Nadal karyerasını bitirməyə hazırlaşırbackend

Rafael Nadal karyerasını bitirməyə hazırlaşır

İspaniyalı tennisçi Rafael Nadal “Rolan Qarros”un 1/4 finalında serb Novak Cokoviçlə qarşılaşmanın karyerasında sonuncu olacağını istisna etməyib.

KONKRET.az xəbər verir ki, 35 yaşlı idmançı bu açıqlamanı bazar ertəsi kanadalı Feliks Oje-Alyassimo ilə keçirdiyi oyundan sonra verib.

“Mən “Rolan Qarros”un 1/4 finalındayam və burada yenidən oynamaqdan həzz alıram. İndi vəziyyət elədir ki, növbəti oyunun karyeramda sonuncu olub-olmayacağını bilmirəm”, – deyə R.Nadal vurğulayıb.

Qeyd edək ki, R.Nadal daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, ayağından aldığı zədə səbəbindən karyerasını yaxın vaxtlarda bitirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*