Raisa Lukutsova evində ölü tapıldıbackend

Raisa Lukutsova evində ölü tapıldı

Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri Raisa Lukutsova Moskvadakı mənzilində ölü tapılıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, 74 yaşlı qadının ölümü kriminal xarakter daşımır, bədənində zorakılıq əlamətləri aşkar olunmayıb.

Lukutsova ağır xəstə idi.

Qeyd edək ki, R. Lukutsova 2006-2021-ci illərdə Rusiya Qızıl Xaç Cəmiyyətinə rəhbərlik edib. 2022-ci ildə Moskvanın Qaqarin Rayon Məhkəməsi onu Moskva yaxınlığındakı “Dostluq” sanatoriyasını qanunsuz satmaq cəhdinə görə dələduzluğa cəhd ittihamı ilə dörd il müddətinə şərti azadlıqdan məhrum etmişdi.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*