Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol idarəsi rəisinin işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb.
Yayılan məlumatlarda deyilir ki, xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Ramil Rzayev işdən çıxarılıb.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, nazirlikdə daxili rotasiya olub.
“Bu, işdən çıxarılma deyil. Daxili rotasiya olub. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq”, – deyə bildirilib.
