Rasim Balayevin səhhəti ilə bağlı SON MƏLUMAT – VİDEObackend

Rasim Balayevin səhhəti ilə bağlı SON MƏLUMAT - VİDEO

Xalq artisti, ölkəmizin dəyərli aktyoru Rasim Balayev əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib. O, hazırda vəziyyətinin normal olduğunu bildirib:

“Bir neçə il bundan əvvəl belimdə ağrılar başladı. Həmin vaxt Türkiyədə bir rola çəkilirdim, çəkiliş zamanı dəli bir at məni yerə yıxdı. Ağrıya görə biri deyirdi əməliyyat lazımdır, biri deyirdi lazım deyil, fizioterapiya lazımdır və s. Mənim Bakıda getmədiyim klinika qalmamışdı. Artıq hiss edirdim ki, fizioterapiyanın da güclü təsiri yoxdur və ağrılar günü-gündən ağırlaşır. Sonda belə qərara gəldim ki, əməliyyat olunum. Allah heç kimə xəstəlik verməsin!” /Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*