Müxalifət Netanyahunu ittiham etdi: “Günahkardır”backend

Müxalifət Netanyahunu ittiham etdi: “Günahkardır”

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Ayzenkot hələ başa çatmamış araşdırmadan istifadə edilərək səsvermənin rəsmi nəticələrinin açıqlanmasının təxirə salınmasını qəbuledilməz adlandırıb.

“İsrail seçkilərin dürüstlüyünü təmin etməli, istənilən müdaxilə, spekulyasiya və manipulyasiya cəhdlərinin qarşısını almalıdır. Digər tərəfdən, siyasi qüvvələr yaranmış vəziyyətdən Knessetin 26-cı çağırışının fəaliyyətə başlaması və deputatların andiçmə mərasiminin vaxtına təsir göstərmək üçün istifadə etməməlidir”, – deyə Ayzenkot vurğulayıb.

Bundan əvvəl Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası Qətər və Türkiyəni ərəb seçicilərin seçkilərdə iştirak fəallığının artırılması tədbirlərini maliyyələşdirməkdə şübhəli bilib.

Bununla əlaqədar partiya Netanyahunun rəhbərlik etdiyi blokun çoxluğu itirdiyi, ərəb əhalisinin üstünlük təşkil etdiyi İsrail yaşayış məntəqələrində səsvermənin nəticələrinə etiraz bildirmək niyyətində olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*