Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü – Videobackend

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü – Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub.

KONKRET.az xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir.

“Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb, başından zərbələr alıb. Son iki gündə balam yıxılıb. İlk dəfə yıxılanda, sən demə, travma alıbmış. Dayə mənə dedi ki, elə-belədir, qorxma, heç nə yoxdur. Ona görə də övladımı yenidən dayənin yanına apardım. Sonra işə getdim. Dayə uşağı yenə yıxıb. Həkimlər uşağın ağır kəllə-beyin travması aldığını deyirlər”, – deyə azyaşlının anası bildirib.

Mərhumun yaxınları uşağın dayə tərəfindən döyüldüyünü iddia edirlər. Onlar azyaşlının xəsarətlərinin adi yıxılma nəticəsində yaranmadığını bildirirlər:

“Mənim nəvəmi döyə-döyə, çırpa-çırpa öldürüb”, – deyə azyaşlının nənəsi bildirib.

Dayənin ailəsi tərəfindən xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının cəsədi dəfn olunmaq üçün ailəsinə təhvil verilib.

Ətraflı “Xəzər TV”nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*