Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı (FOTO)backend

Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı (FOTO)

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Göyçay şəhər sakini 1993-cü il sakini Hümbətova Fidan Mahir qızı Tiktokda qeyri-etik yayımlarına görə polis tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci  (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada
göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Göyçay rayon məhkəməsinə göndərilib.

Göyçay Rayon Məhkəməsinin yekun qərarı ilə Fidan Hümbətova 500 manat pul cəriməsi edilib.\\unikal.az

 

Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı (FOTO)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*