Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır: Kiyevdən ŞOK AÇIQLAMAbackend

Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır: Kiyevdən ŞOK AÇIQLAMA

Ukrayna rəhbərliyi Rusiya ilə birbaşa danışıqların bərpası və münaqişənin həlli istiqamətində mühüm addım atmağa hazır olduğunu bəyan edib. Kiyev liderlərin görüşünə ev sahibliyi etməyə və hətta ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib ki, ölkə prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, dövlət başçılarının birbaşa görüşü mövcud sülh danışıqlarına yeni və güclü təkan verə bilər.

Nazir qeyd edib ki, Kiyev hakimiyyəti Rusiya və Belarus ərazisi istisna olmaqla, istənilən digər ölkədə bu cür yüksək səviyyəli görüşün keçirilməsinə tam hazırdır. Andrey Sibiha eyni zamanda mümkün danışıqların və razılaşmaların nəticələri arasında hərbi əsirlərin genişmiqyaslı mübadiləsini və deportasiya olunmuş ukraynalı uşaqların Vətənə geri qaytarılmasını da xüsusi olaraq vurğulayıb.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*