REAL TƏHLÜKƏ: Sanksiyalara görə Polşada 500-ə yaxın qaz vaqonu partlaya bilərbackend

REAL TƏHLÜKƏ: Sanksiyalara görə Polşada 500-ə yaxın qaz vaqonu partlaya bilər

Polşada sanksiyalara görə 500-ə yaxın qaz vaqonu partlaya bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Novatek”in törəmə şirkəti məlumat yayıb.

“Novatek”in törəmə şirkəti “Novatek Green Energy”yə tətbiq edilən sanksiyalar səbəbindən Polşada təxminən 500 LPG vaqonu partlama riski ilə üzləşib.

Bir neçə gün əvvəl Polşa Rusiyanın 50 fiziki və hüquqi şəxsinə, o cümlədən “Qazprom”, “Novatek”, “Akron”a qarşı öz sanksiyalarını tətbiq edib. Bu səbəbdən də “Novatek Green Energy” tərəfindən təmin edilən Polşanın onlarla kommunası (rayonu) maye qazsız qalıb.

“Ən böyük və real təhlükə qanuni olaraq Polşa ərazisinə daxil olan maye qazla doldurulmuş 500-ə yaxın vaqonun daşınması və boşaldılmasının mümkünsüzlüyü ilə bağlıdır” – hesabatda vurğulanıb.

“Mayeləşdirilmiş qazın fiziki-kimyəvi xassələrinə görə, avtomobillərin relslərdə uzun müddət boş dayanması, xarici temperaturun artmasına və qaz təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Qazın atmosferə buraxılması və onun alışması güclü və söndürülməsi mümkün olmayan yanğınla nəticələnəcək” – deyə şirkətdən bildirilib.

“Novatek Green Energy” hesab edir ki, təxminən 40 milyon litr həcmində dəmiryol çənlərində yığılan propan-butan qazının dərhal və təhlükəsiz şəkildə daşıma terminallarına çatdırılması üçün tədbirlər görmək lazımdır. Aydındır ki, tətbiq edilən sanksiyalara görə “Novatek Green Energy” bununla bağlı heç bir tədbir görə bilməz” – şirkətdən bildirilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*