Rəcəb Tayyib Ərdoğan da Qırğızıstanda səfərdədirbackend

Rəcəb Tayyib Ərdoğan da Qırğızıstanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Qırğızıstana işgüzar səfərə gəlib.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qonaqları Bişkekdə Manas Beynəlxalq Hava Limanında Qırğızıstan Baş naziri Adılbek Kasımalıyev qarşılayıb.

Türkiyə lideri Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammitində və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Rəcəb Tayyib Ərdoğan Bişkekdə bir sıra dövlət başçıları ilə ikitərəfli danışıqlar aparmağı da planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*