“”Referendumlar” uydurmadır, ukraynalıların öz torpaqlarını geri almaq hüququ var” – Blinkenbackend

""Referendumlar" uydurmadır, ukraynalıların öz torpaqlarını geri almaq hüququ var" - Blinken

“Referendumlar” uydurmadır, ukraynalıların öz torpaqlarını almaq hüququ var.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken CBS News telekanalına verdiyi son müsahibəsində deyib.

Birləşmiş Ştatlar Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində keçirilən qondarma “referendumları” saxtakarlıq hesab edir. Rusiya istənilən halda onların nəticələrini manipulyasiya edəcək. Amerika Ukraynanın şəhərlərinin ilhaqını heç vaxt tanımayacaq. Bayden administrasiyası hesab edir ki, ukraynalıların öz torpaqlarını almaq hüququ var.

“Bu qondarma “seçkilər” saxtadır və nöqtə. Oyuncaq hökumətlər yerli hakimiyyətlər qururlar. Sonra da “səsverməyə” başlayırlar ki, onsuz da bunu manipulyasiya edəcəklər”, – deyə Blinken bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, Kreml referendumların nəticələrinə əsasən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini Rusiyanın tərkibində elan etməyə çalışacaq. Amma bu ilhaq heç vaxt tanınmayacaq və ukraynalıların öz torpaqlarını geri almağa”, yəni dövlətin qanuni sərhədlərini bərpa etməyə tam haqqı var.

Xatırladaq ki, sentyabrın 23-də Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğal olunmuş Ukrayna torpaqlarının Rusiyaya daxil olması üçün qondarma “səsvermə” başlayıb. Bu “tamaşa” sabah, sentyabrın 27-dək davam edəcək.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*