Region Liqasının qalibi bəlli oldu – FOTObackend

Region Liqasının qalibi bəlli oldu - FOTO

Bu gün Azərbaycan Region Liqasında 2021/22 mövsümünün final oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, həlledici matçda “Xan Lənkəran” “Cəbrayıl”la üz-üzə gəlib. Şamaxı Şəhər Stadionunda oynanılan görüş “Cəbrayıl”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Xan Lənkəran”ın matçın sonlarında hesabı bərabərləşdirməyə yaxın olsa da, Aqşin Paşayev penaltini dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, “Cəbrayıl” Region Liqasının qalibi olub. Komanda  iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region kubokunda mübarizə aparacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*