Rəhbər çıxış edəndə qeydiyyat aparmaq lazımdır – sovet dövrünün ənənəsi yaşayırbackend

Rəhbər çıxış edəndə qeydiyyat aparmaq lazımdır – sovet dövrünün ənənəsi yaşayır

Bu fotoda diqqəti cəlb edən əsas məqam şəkildəki 12 şəxsin birindən başqa hamısının nəsə yazmasıdır.

Prezident İlham Əliyev danışır, nazirlər isə qarşılarındakı kağızda qeydiyyat aparırlar.

Universitet auditoryası görmüş, professor, dosent mühazirəsi dinləmiş hər bir şəxs bilir ki, danışan adamın dediklərini yazmaq üçün ən əlverişli vasitə diktofon və maqnitofondur, əl yazısı ilə yalnız beş cümlədən birini çatdırıb yazmaq olur.

Əminliklə demək olar ki, əslində bu nazirlər də prezidentin dediklərini çatdırıb yaza bilmirlər, eləcə kağızda nəsə qeyd edir, daha dəqiqi, özlərini qeydiyyat aparırmış kimi göstərirlər.

Bu sovet dövründən qalmış, hələ də unudulmamış formallıqdır, rəhbərə diqqət, hörmət göstəricisidir.
Deyilənə görə, əski vaxtlarda rayon başçıları da partiya-sovet fəalları ilə görüşdə onlardan “kağız-qələminiz, qeydiyyatınız olsun” tələbi edirmişlər.

Bir neçə xəbər agentliyinin, telekanalın çəkiliş qrupunun, ayrıca stenoqramçıların iştirak etdiyi toplantıda bu cür kağız üzərində qeydiyyatlar aparmağa ehtiyac yoxdur. Çünki müasir texniki avadanlıqlar hər deyilən sözü anındaca qeydə alır, agentliklər bütün çıxışları sözbəsöz yayır, saytlar tirajlayır, telekanallar videoyazı verir.

Bu toplantıda iştirak edənlər də prezidentin çıxışının tam mətnini bir-iki saatın içində əldə edib masalarının üstünə qoya bilərlər.

Elədirsə, bu tələbə-şagird pozası nədən ötrüdür?

Yuxarıda deyildi: diqqət, hörmət göstəricisi… Başqa heç nə.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*