Bu gün naməlum şəxs sabiq Müdafiə naziri Rəhim Qazıyevə xəsarət yetirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev KONKRET.az-a bildirib ki, R.Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində cinayət işi başlanılıb:
“Bu barədə faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdırmalar davam etdirilir”.
Report
