Xuzistan əyalətinin Həft-Təpə şəhərinin əhalisi kütləvi şəkildə İran Prezidentini qarşısını kəsib.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb. İran prezidenti İbrahim Rəisiyə Xuzistan əyalətinin Həft-Təpə şəhərində yerli sakinlər suallar yağdırıblar.
Problemlərinin həllinə cavab tapmaq istəyən sakinlər Rəisiyə yaxınlaşıb və bu zaman sıxlıq yaranıb. Suallar qarşısında heç nə edə bilməyən Rəisi mühafizəçilər tərəfindən qorunub.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
