Oktyabrın 29-da Gəncə Dövlət Kukla Teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov 73 yaşında ürək çatışmamazlığından Türkiyədə vəfat edib.
KONKRET.AZ xəbər verir ki, bu barədə Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib.
Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncədə anadan olub. 1962 ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejisorluq fakültəsinə daxil olub. 1979-cu ildən 1986-cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejisoru təyin olunub.
O, 1993-cü ildən Türkiyə Cümhuriyyətində rejissor kimi fəaliyyət göstərirdi.
