Fransanın “Renault” şirkətinin Rusiyadakı bütün aktivləri dövlət mülkiyyətinə keçib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
Belə ki, müqaviləyə əsasən, “Renault” şirkətinin bütün səhmləri Moskva şəhərinə, “Avtovaz”dakı 68 faizlik payı isə Rusiyanın NAMI institutuna (Sənaye və Ticarət Nazirliyinin tabeliyində Elmi-Tədqiqat Avtomobil İnistitutuna) verilib. Şirkət 6 il ərzində “Avtovaz”dakı payını geri almaq hüququna malikdir.
Hər iki əməliyyat Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov aprelin 27-də “Renault”un Rusiyadakı aktivlərinin simvolik “1 rubl” müqabilində köçürüləcəyini vurğulayıb və şirkət Rusiyadakı fəaliyyətini dayandırdığı üçün alternativ tapmaq məcburiyyətində qaldıqlarını bildirib.
Xatırladaq ki, “Renault” sanksiyalara görə Rusiyadakı fabrikində istehsalı dayandırmaq qərarına gəlib və “Avtovaz” üçün da variantlarını nəzərdən keçirdiyini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
