Rəsmi Bakı Arayikə hansı 5 tələbi irəli sürdü – ƏTRAFLIbackend

Rəsmi Bakı Arayikə hansı 5 tələbi irəli sürdü - ƏTRAFLI

Bakı qapalı görüşdə Arayik Arutyunyana 5 tələb irəli sürüb.

KONKRET.az xəbər verir ki, Rusiya hərbi komandiri Yuri Kotenok erməni politoloq Narek Malyana istinadən yazır ki, “bu günlərdə Azərbaycan rəhbərliyinin Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla qapalı görüşü baş tutub. Rəsmi İrəvan sanki kənarda qalıb, guya bunun ona aidiyyatı yoxdur”.

Müəllifin sözlərinə görə, Azərbaycan Arutyunyana görüşdən dərhal sonra başlamalı olduğu 5 tələb irəli sürüb:

1. Rusiyadan gələn Ruben Vardanyanın işdən çıxarılması

2. Xankəndinin girişində məcburi Azərbaycan keçid məntəqələrinin yerləşdirilməsi
3. Gorus-Xankəndi avtomobil yolunda Azərbaycan sərhəd-keçid məntəqələrində videomüşahidə və rentgen fotoçəkilişlərinin quraşdırılması.
4. Qarabağ ərazisində qeyri-qanuni silahlı birləşmələrin tam tərksilah edilməsi.
5. Dəmirli mis-molibden mədəninin bağlanması.

Görüş qapalı formatda keçirilib. Rusiya sülhməramlılarının nümayəndəsi yalnız tədbirin ortalarına qədər iştirak edib”, – deyə Kotenok yazır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*