Rəsul Quliyevdən ŞOK AÇIQLAMA: “2.7 min kvadrat kilometr ərazi ermənilərə verilsin”backend

Rəsul Quliyevdən ŞOK AÇIQLAMA: "2.7 min kvadrat kilometr ərazi ermənilərə verilsin"

Azərbaycanın eks-spkeri, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyev ermənilərin maraqlarına xidmət edən açıqlama ilə çıxış edib.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, Qarabağ münaqişərinin həlli üçün 2.7 min kvadrat kilometr ərazinin ermənilərə verilməsini təklif edib.

R. Quliyev deyir ki, ermənilər bir məsələni anlamağı qarşılarına məqsəd kimi qoymalıdırlar ki, ilk növbədə indi 18,19 hətta 20 əsr olmadığını başa düşməli və qəbul etməlidirlər.

“Ermənistanın indiki torpaqları 19-20-ci əsrlərdə başqalarının torpaqlarını işğal etmək yolu ilə sahib çıxmaq olar prinsipləri əsasında formalaşıb. 19-cu əsrdə Rusiya “mən qolu güclüyəm torpaqları Azərbaycandan alıb ermənilərə verirəm, bu mənim zorumu göstərir və heç kim mənim əleyhimə çıxa bilməz” siyasəti idi.

“Krım da xoşuma gəlir, mənim sərhədimdədir onu da Osmanlı imperiyasından alıram kim mənə nə deyə bilər” siyasətinin qurbanıdır. Ancaq artıq 20-ci əsrdə başqasının torpaqlarını işğal edib özününküləşdirmək artıq mümkün olmadı. Bu yaxınlarda ABŞ hökuməti heç vaxt Pribaltika ölkələrinin sovetlərin tərkibində olduğunu qəbul etmədiyini açıqladı. Sovetlərin Yaponiyadan qopatdığı adaların heç vaxt Rusiyanın olmayacağına Putin tipli imperiya dəliləri inanırlar.

Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayacaq. Bunu anlamamaq qanmazlıqdır. İndi iş elə gətirib biz qonşu ölkələr olmuşuq. Erməni xalqı işğal etdiyiniz Azərbaycan toppaqlarının heç bir qarışıda heç vaxt sizə verilməyəcək. Bunu anlamamaq əbləhlikdir.Ona görədə uzun müddətli güclü Azərbaycanla cılız Ermənistanın bu torpaqlar üstündə vuruşması ancaq və ancaq sizin bir dövlət kimi süqutunuza gətirib çıxardacaq. Ona görə oturub hamının qəbul edəcəyi bir müqavilə üzərində işləmək lazımdır.

Qarabağın 4.6 min kvadrat km sahəsi var. Onun təqribən 2.7 minində ermənilər,1.9-da azərbaycanlılar yaşayıb. istərsiniz, həmin 2.7 min kvadrat kilometri Ermənistanla sərhəddə Azərbaycan sizə versin və siz DQ-ı bütövlüklə tərk edin, istərsiniz öz torpaqlarınızda qalın əvvəlki kimi Azərbaycan hökümətinin qarantı altında və ya buna uyğun alternativ təklif verin müzakirə edək.

Bu müqavilənin müzakirəsində Ermənistan və Azərbaycan iştirak etməlidir, vəssəlam. Müqavilə bağlananda bir çox ölkələr şahid kimi iştirak edə bilər. Bu çox qısa bir formuladır, ciddi sənəd deyildir. Ancaq sizin üçün çox əhəmiyyətli addım ola bilər”.

Rəsul Quliyevin bu açıqlaması azərbaycanlılar tərəfindən hiddətlə qarşılanıb və eks-spiker sərt tənqidlərə məruz qalıb.

  • Şah
    İyul 26, 2020 - 13:30

    Bu absurddur. Əgər ermənilərə indi hansısa bir Azərbaycan ərazisini versək, 20, 30, 50 və yaxud 100 ildən sonra yenədə deyəcəklər verin. Çünki, onlar adını qoyacaqlar ki, “DQR” müstəqil dövlət kimi daha çox əraziyə malik olub. Onları tanımayan belə bir təkliflə çıxış etməyə ixtiyarı yoxdur. Onlar Türkiyə, Gürcüstan, Azərbaycan ərazilərinin bir hissəsinin ermənilərə məxsus olduğunu iddia edirlə. Möhtərəm Prezident.,Ali baş komandan dəfələrlə vurğulayıb: Biz torpaqlarımızın bir qarışını da ermənilərə verməyəcəyik. Onda belə çıxır ki nəinki, 2.7 min kvadrat kilometr ərazinin, heç 20 sm-də erməniyə verməyəcəyik. Rəsul Quliyevin bu təklifi təəsüf hissi doğurur. Heç kimin ixtiyarı yoxdur ki, Vətən torpağından pay ayırsın.

  • Seyfəddin
    İyul 26, 2020 - 17:15

    Ermənilə torpaq verilməyəcək. Vəssalam.

  • Allah bəndəsi
    İyul 29, 2020 - 21:02

    Ermənilərə heç bir torpaq vermək olmaz. Əksinə, onları birdəfəlik məhv etmək və əraziləri. o cümlədən indiki ermənistanı özəllədirmək lazımdır. Onları bir şərtlə sağ qoymaq olar ki. camaatın mal-qarasın otarsınlar, amma həmişə diz üstə olmalıdırlar. Çünki, yoxsa o nankor vücudlar öz çörəkverənlərinə şıllaq atmağa meyillidirlər. Bu əsrlər boyu öz təsdiqini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*