Rezidenturaya qəbul imtahanı keçirildibackend

Rezidenturaya qəbul imtahanı keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

DİM-dən KONKRET.az-a verilən xəbərə görə, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

İyunun 24-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*