Riçard Qiraqosyan: “Rusiya faktiki olaraq danışıqlar prosesinə nəzarəti itirib”backend

Riçard Qiraqosyan: "Rusiya faktiki olaraq danışıqlar prosesinə nəzarəti itirib"

“Ermənistan hakimiyyəti 2020-ci ildə 44 günlük müharibənin başa çatmasından dərhal sonra “Artsax” (oxu: separatçı qurum-red) məsələsindən uzaqlaşmaq və “Stepanakerti” (Xankəndi-red.) Bakı ilə birbaşa dialoqa təşviq etmək siyasətinə başlayıb”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Riçard Qiraqosyan deyib.

Onun sözlərinə görə, “Müharibədən sonra Ermənistan hakimiyyəti “Stepanakert” (Xankəndi-red.) adından danışıqların mövcud monopoliyasını aradan qaldırmağa çalışdı. İndi biz görürük ki, “Artsax” (oxu: separatçı qurum-red) Azərbaycanla birbaşa danışıqlara təşviq olunur. Erməni nöqteyi-nəzərindən bu, əhəmiyyətli dəyişiklikdir, çünki bu, çox mühüm presedentdir”, – Qiraqosyan “Azadlıq” radiosunun efirində deyib.

Eyni zamanda, politoloq “Artsax” (Qarabağ-red.) xalqının təhlükəsizliyindən daha çox danışmağa başlayan Ermənistan hakimiyyətinin bu məsələdə istifadə etdiyi lüğətə diqqət yetirməyə çağırıb:

“Optimist nəticələr çıxarmaq hələ tezdir, çünki bütün proses Bakının maksimalist tələbləri və “Artsax”ın qanunsuz blokadası şəraitində baş verir. Ona görə də əvvəlki hadisələrə nəzər saldıqda deyə bilərik ki, bütün bunlar təkcə Ermənistanın zəifliyinin deyil, həm də konformizmin təzahürüdür”, – deyə Qiraqosyan bildirib.

İndi Ermənistan və Azərbaycan nümayəndələri arasında görüşlər əsasən ikitərəfli problemlərin həllinə yönəlib. Bu proseslər əsasən Qərbin verdiyi platformalarda baş verir, Rusiya faktiki olaraq danışıqlar prosesinə nəzarəti itirib”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*