Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? – MÜƏMMAbackend

Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? - MÜƏMMA

2003-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə oxuyaraq 9-cu sinfi fərqlənmə-qırmızı attestatla bitirərək bu il 1-ci sinfi əla qiymətlərlə başa vurmuşam. Uşaqlıqdan həkim olmaq həvəsində olmuşam və Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün müraciət etmişəm, gələcəkdə xalqım və millətim üçün dəyərli həkim olmaq arzusundayam.

Belə ki, artıq 5 aydır respublikada pandemiya ilə əlaqədar biz-abituriyentlərin buraxılış və qəbul imtahanlarına hazırlıq dövründə məktəblərin bağlanması ilə əlaqədar onlayn dərslərə qoşulmağımız və imtahanlara hazırlaşmağımızda bizim üçün  böyük çətinliklər yaratmışdır. Mən və mənimlə birlikdə qeyd olunan imtahanlara hazırlaşan tanıdığım abituriyentlər hər zaman güclü və savadlı müəllimlər tərəfindən bilik səviyyəmiz hər zaman yüksək qiymətləndirilmiş və sınaq imtahanlarından yüksək nəticələr əldə etmişik. Sizə müraciət etməyimin səbəbi Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-2020-ci tədris ilinin yekunu üzrə təşkil edilən buraxılış imtahanları ilə əlaqədardır. Belə ki, qeyd olunan qurum tərəfindən Respublika ərazisində təşkil olunmuş buraxılış imtahanları qeyri-ədalətli olmaqla bölgələr üzrə qeyri-bərabər təşkil olunmuşdur.

Belə ki, Bakı şəhəri və digər bölgələr üzrə keçirilən imtahanların çox asan, Gəncə şəhərində isə çox çətin, buraxılış imtahanlarına uyğun olmayan, riyaziyyat fənni üzrə əsasən blok imtahanı tipli çox çətin olmuşdur. Xüsusən qeyd etmək istəyirəm ki, 30 iyul Nizami rayonu üzrə Gəncə şəhərində keçirilən buraxılış imtahanı 29 iyul Kəpəz rayonu üzrə keçirilmiş imtahanla müqayisədə çox çətin və qəliz olmuşdur. DİM tərəfindən imtahanların hansı səbəbdən bu cür ayrı seçkiliklə və ədalətsizlikə keçirilməsinin səbəbini aydınlaşdırılmasını Sizdən öz adımdan və Azərbaycanın gələcəyi ola biləcək abituriyentlər adından Sizdən xahiş edirəm. Onu da qeyd edim ki, bu cür düşünən yüzlərcə abituriyentlərdən biriyəm.

Çox narahatıq. Mövcud pandemiya dövründə ölkəmizin savadlı həkimlərə ehtiyac duyulduğu zamanda bu cür hazırlıqlı uşaqlara DİM tərəfindən qarşılarına əsassız maneələrin çıxarılmasının səbəbi bizə aydın deyil.

Məncə, bu bizim kimi əziyyət çəkən abituriyentlərə qarşı çox böyük bir ədalətsizlikdir. Hətta biz ən axırıncı imtahan verənlərik, yəni bu vaxta qədər 6 fəndən istirahət etmədən çətin şəraitdə hazırlaşarkən, bizə güzəştlərin ediləcəyini ümid edərkən bu cür münasibətlə qarşılaşmaq, sözün düzü, təəssüfə səbəb oldu.Yeri gəlsə, biz ən axırıncı imtahan verənlər olaraq asan olmalı idi. Bizim blok imtahanına hazırlaşmağa belə vaxtımız qalmayıb. Halbuki digər bölgələr imtahanlarını çoxdan verərək uzun müddətdir ki, artıq blok imtahanlarına, yəni cəmi 3 fənnə hazırlaşıblar. Biz isə ancaq blok imtahanına hazırlaşmağa belə vaxtımız qalmayıb. Fikrimcə, bizə daha asan, güzəştli olmalı idi, amma heç də bu cür olmadı, əksinə daha çətin və dözülməz və bu da bizdə ruh düşkünlüyü yaradır. Onu da qeyd edim ki, Kəpəz rayonunda olan riyaziyyat fənnindən olan sualları şəxsən işlədim və bizim imtahanla müqayisədə necə asan olduğunu gördüm. Həmçinin ingilis dili fənnindən olan dinləmə mətninin də çətin, anlaşılmayan olduğunu da qeyd etmək istədim. Onu da deyim ki, bu, təkcə mənim yox, 30 iyul tarixində bütün imtahan verənlərin fikridir. İndi bu problemin səbəbi nədir?

Nə üçün digər uşaqlara asan imtahan, biz isə necə çətin imtahan oldu. İndi sizin fikrinizcə, nə dərəcədə ədalətlidir ki, bizdən daha az savadlı uşaqlar digər tarixdə, asan suallardan imtahan verdikləri üçün nəticələri bizdən yüksək olacaq. Universitetə daxil olarkən isə yığılan ballar əsas olacaq hansı imtahanın çətin və ya asan olması deyil. Bu cür savadlı uşaqlar layiq olduqları yerlərdə ola bilməyəcəklər. Sonra da savadsızlıq baş alıb gedəcək. Mənə bu haqsızlıqların səbəbi sözün əsl mənasında çox maraqlıdır. İnanıram və ümid edirəm ki, müraciətim cavabsız qalmayacaq. Mənim də səsimi eşidəcəyinizə bütün qəlbimlə inanıram.Təkcə mən yox, ətrafımda olan bütün yoldaşlarımın səsini eşidəcəyinizə əminəm və onu da qeyd edim ki, riyaziyyatdan müəyyən sualların həllində müəllimlərimizin özləri də çətinlik çəkdilər. Sizcə, nə dərəcə düzgündür buraxılışa bu cür müzakirəli, çətin sualların salınması?

Halbuki digər regionlarda bu tip suallar olmamışdı. Bizim günahımız nə idi? Əsas istəyim, budur ki, imtahan artıq olub qutarıb, amma bizlər – 30 iyul imtahan verənlərin bal hesablanması zamanı müəyyən güzəştlər olunsun. Müəyyən suallar bizdə düz götürülsün. Əsas da riyaziyyatv və ingilis dili fənni üzrə. Açıq tipli suallar yoxlanıldıqda isə sualların çətinliyi nəzərə alınaraq tam bal verilsin bizə.

Çünki biz buna layiqiq, ən çətin imtahan bizə oldusa, bizə güzəştlər olunmalıdır. Və əminəm ki, bu qədər müraciətlərimiz səssiz qalmayacaq, qalmamalıdır. Onda dünyanın ədalətli olduğuna, bəlkə, inanarıq…

Paşa Aysun Abbas qızı

  • Natiq
    Avqust 4, 2020 - 10:33

    rXeyir tekce Gence seherinde cetin olmayib 30 iyul Yasamal rayonunda 161 nomreli kektebde dehset haqqsizfiq olub az deyil Riyaziyyat fenni olimpiadaya aid suallar salinib listing dehset berbad ustegelde bir yands tikintinin dambadurumu onun usaqlar 5 ay stres icinde yasayiblar onlainle ders kecirilib menim oglum elacidi Avropa liseyinde oglum 9 buraxilisindan iki fennden iksindende 5 qiymet almisdi ustegelde inşa yazmisdi 10 bal neter olur asagi sinifden oxuya oxuya geldi 11 de gece gunduz oxudu indi bir Riyyaziyyati yaza bilmedi hemcininde ingilis dilini bu qeder haqqsizdiq olmaz 29 iyulda olunan imtahanin riyyaziyyatinin 25 suali yarim saatin icinde yazdi indi 30 niye yaza bilmedi cox xahis edirem nu meseleye obyektiv baxinn

    • Aysun
      Avqust 4, 2020 - 11:21

      Gencenin suallarina baxin sora daniwin!Men indiyedek olan butunnn buraxiliwlari iwlemiwem hele 30u olan kimi imtahan olmamiwdi.Bilmeden daniwmayin.Suallari iwleyerek daniwiriq biz burda yoxsa bizim vaxt itirmek kimi bir sansimiz yoxdur.Sullarin ekseriyyeti blok tipli hetta bezi suallari iwleyende muellimelr bele eziyyet cekdi muemmali suallar cox idi.Bilib bilmeden daniwmayin!!

  • Kənan
    Avqust 4, 2020 - 11:13

    30 iyulda olan suallar digər bölgələrə nəzərən çox çətin idi.Bu haqsızlıqdır.İmtahanların çətinlik dərəcəsi eyni olmalıdır və eynidir deyən DİM niyə bu məsələyə laqeyd qalır.Niyə bizim haqqımız yeyilir?Bizə güzəşt olunmalıdır!

  • Sara
    Avqust 4, 2020 - 11:15

    Tamamen dogrudur!!!

  • Ismayilov eşqin
    Avqust 4, 2020 - 11:19

    Belə ki, artıq 5 aydır respublikada pandemiya ilə əlaqədar biz-abituriyentlərin buraxılış və qəbul imtahanlarına hazırlıq dövründə məktəblərin bağlanması ilə əlaqədar onlayn dərslərə qoşulmağımız və imtahanlara hazırlaşmağımızda bizim üçün böyük çətinliklər yaratmışdır. Halbuki digər regionlarda bu tip suallar olmamışdı. Bizim günahımız nə idi? Əsas istəyim, budur ki, imtahan artıq olub qutarıb, amma bizlər – 30 iyul imtahan verənlərin bal hesablanması zamanı müəyyən güzəştlər olunsun. Müəyyən suallar bizdə düz götürülsün. Əsas da riyaziyyatv və ingilis dili fənni üzrə. Açıq tipli suallar yoxlanıldıqda isə sualların çətinliyi nəzərə alınaraq tam bal verilsin bizə.

  • Şirin
    Avqust 4, 2020 - 11:28

    Çox düzgündür.Şəxsən mən 30 iyulda imtahan vermiş abituriyentlərdən biriyəm.Çox ədalətsizlik oldu və biz bəlkə də belə haqsızlıqlara görə istədiyimiz universitetə daxil ola bilməyəcəyik.Güzəşt edilməsini tələb edirik!

  • Xəyalə
    Avqust 4, 2020 - 11:36

    Beli məndə razıyam
    Gənclər üçün şərait yaradılsın savadlı gənclər geridə qalmasin

  • Zinyet
    Avqust 4, 2020 - 11:42

    Cox dogru qeyd edilib.Buna yeniden baxilmalidir.Pandemiya bir terefden,bu cur hadiseler bur terefden insanlarin eseblerini besdirin korladiniz!!!

  • Fərid
    Avqust 4, 2020 - 11:51

    Təmamilə doğru yazıbsan məndə iyulun 30 u Gencedə kecirilen imtahanda iştikrak etmişem, kim istese suallardaki çetinlik ferqini sübut ede bilersen,bu qeder haqsizliq dözülmezdir.

  • Səkinə
    Avqust 4, 2020 - 11:53

    Bizə olunan haqsızlıq qarşısında haqqımızı tələb etməyə hazırıq. Bizə güzəşt etmək məcburiyyətindədirlər çünki bu olanlar çox böyük ədalətsizlikdir! Biz axırıncı imtahan verənlər olaraq, imtahanların hər dəfə uzadılması və online dərslərə görə olduqca yorulmuşkən və ümidimizi bu imtahanlara bağlarkən niyə bizə belə bir ədalətsizlik yaşadırsız? Buna nə haqqınız var? Siz belə etməklə neçə neçə savadlı uşağı görməzdən gəldiniz. Qeyd olunduğu kimi biz 6 fənndən hazırlaşırıq uzun müddətdir, digər regionlar isə çoxdan imtahanları verib blok imtahanına daha yaxşı hazırlaşmaq üçün vaxt qazanmışdır. Hər regionda düşən sualların çətinlik dərəcəsi bir birindən fərqli olsada, son olaraq 30 iyul imtahanındakı suallar ədalətsizcə seçilmiş və biz abituriyentlərə heçdə uyğun olmayan suallar salınmışdı. Bütün bunlar göz qabağına qoyaraq yaxşı düşünün və elədiyinizin heç bir düzgün yanı olmadığını bir daha anlayın.

  • RUSTEMOVA AYGUL
    Avqust 4, 2020 - 12:17

    MƏn Əminəm ki müraciət Cavabsiz qalmayacaq…!!!!

    • Fidan Rustamova
      Avqust 4, 2020 - 13:08

      ushaqlarin eziyyetini yerde qoymayin. Onlar bu karantin rejiminde chox eziyyet chekdiler. Onlara ruh dushukluyu yashatmayin. Nizami ve ya kepez rayonunun suallarin seviyyesine hech bir adiyyati yoxdu. Xahish edirik mueyyen guzeshtler edin

    • Sevinc Babakişiyeva
      Avqust 4, 2020 - 17:02

      Əminəm ki, möhtərəm Prezidentimiz gənclərimizin ən böyük dəstəkçisi olacaq. Gənclərimizin əməyi yerdə qalmayacaq!

  • Fərid
    Avqust 4, 2020 - 12:37

    30 iyuldakı Riyaziyyat fənni üzrə suallar blok tipli salınmışdı

  • Urfan
    Avqust 4, 2020 - 12:47

    Belə buraxılış imtahanı sualı olar biz də tələbə adını qazanmaq isdiyir ancaq siz belə edənnən sora necə edək nağaraq ?

  • Fidan Rustamova
    Avqust 4, 2020 - 13:05

    Neçə aydırki uşaqlar karantin rejiminde belə olsala gûc-bəlayla imtahana hazırlaşırlar. Mûəyyən programlar vasitesiyle online derslere qoshulurlar. Hamida bilirki bu dersler ushaqlara o qeder guclu effekt vermir. Çox chetinliklerle imtahana hazirlashan, gecesini gunduzune qatan, eziyyet cheken bunu ushaqlarin eziyyetinin behresi bu idi? Ushaqlarda ruh dushukluyu yaranib, qeyd etmek isteremki buraxilish imtahani veren Nizami rayonunda olan ushaqlarin qarshilashdigi bu seviyyede olan suallar sizce blok imtahaninda onlarda gozlediyi neticeni vereceymi? Kepez veya Nizami rayonun suallarin seviyyesine hec bir adiyyati yoxdu. Ushaqlarin eziyyetini yerde qoymayin. Xahish edirik mueyyen guzeshtler olsun!

  • Zehra
    Avqust 4, 2020 - 13:11

    Salam ancaq 30iyul yox 24iyulda verilən  buraxılış imtahanida çətin idi. Esasda bizim rayonda həmişə çətin salinib.Bu bizlər üçün böyük haqsızlıqdi

  • Emil Abbasov
    Avqust 4, 2020 - 13:11

    Bütün bölgələrdəki imtahan sualları fərqli olsada tipler eyni qalmalı idi. Bir bölgədə asan digər bölgədə çətin salınaraq kiminsə haqqına girmək olmaz. Sualların məxfiliyini qoruyaraq tipləri sabit saxlamaq lazım idi. Sual məxfiliyini saxlaya bilməyərək səhvinizi savadlı abitiruyentlərin haqqına girərək örtdünüz. Heyif ….

  • Allah bendesi.
    Avqust 4, 2020 - 14:26

    Litseylerde sinaqlarda da suallar getdikce cetinlesir.Her sinaqda daha cetin suallar qoyulur.Mekteblerde mentiq kecilmir.Umumilikde 60suali cavablandirmaliyiq.20ana dili,20riyaziyyat,20mentiq.Riyaziyyat informatika litseyine hazirlasiram.Mekteblerde ya mentiq kecilsin ya da ki mentiq legv olunsun.

  • Aytac
    Avqust 4, 2020 - 14:49

    30 iyul tarixində olan buraxılış imtahanındakı sualların indiyə qədər olan bütün imtahanlardan çox fərqli və çətin idi. Riyaziyyat fənnini sualları çətin idi bunu heç kim görməməzlikdən gələ bilməz. Hər bir abituriyent eyni səviyyədəki olan suallarla imtahanda iştirak etməlidir. Bizə çox böyük haqsızlıq oldu. Bu haqsızlıq bizim gələcək həyatımıza da təsir göstərdiyi üçün bu şikayətlərə diqqət ayrılmalıdır.

  • Gülnar Bağırova
    Avqust 4, 2020 - 16:29

    Aysunun fikrilə tam razıyam. Ədaləti bərpa etmək lazımdır yoxsa savadlı qabliyyətli gənclərimizin gələcəyini təhlükə qarşısında qoyurlar.

  • Aliyev
    Avqust 4, 2020 - 16:31

    Məncə hər uşaqın balının üsdüne 25 bal gelinmelidir

  • Hacızadə
    Avqust 4, 2020 - 18:37

    30 iyul tarixində olan imtahan digər tarixlərdə olan imtahanlardan çətin idi.

  • Dr.konul
    Avqust 4, 2020 - 20:12

    Gənclərimizin istəkləri nəzərə alınmalıdır

  • Aliye
    Avqust 5, 2020 - 00:19

    30 iyulda olan riyaziyyat suallari buraxilis tipli deyildi.Men ve menim kimi diger usaqlarda haqqini teleb edir.Mence ortada edaletsizlik var.Bu il evvelki illerden mence dahada asan salinmaliydi suallar cunki pandemiyaya gore usaqlar dogru duzgun ders kece bilmirler haqsizliqdi

  • Aysel Həsənova
    Avqust 5, 2020 - 07:22

    Tamamilə razıyam. Diqqət edilməlidir buna. Biz karantinə görə online hazırlaşdıq hətta 29-u tanışlarımız gəlib dedilər çox sadədi lap ürəklənib getdik və 30-u düşən suallar.?! Blok imtahanına belə o suallardan bəzilərini salmamalıdırlar bura olimpiyada deyil! Vaxt məsələsi var axı. 2 azərbaycan dili mətni və sualları elə onlar da nə qədər vaxt aparır həmçinin ingilis dili kodlaşdırmagı da nəzərə alsaq hər fənnə heç 1 saat belə düşmür. Bu məsələyə ciddi yanaşılsın çox xahiş edirəm… Bizim əziyyətimizə heyifdi

  • Aslan
    Avqust 5, 2020 - 08:26

    Ümid edirəm ki,şikayətlərinizzə,haqlı tələblərinizə ədalətlə baxılacaq.Mənim oğlum da,məzundu.İyunun 10-unda imtahan verib.Və o tarixdə imtahan verən uşaqlar da ,sizin kimi haqsızlığa uğradılar.Ayın 11-ində olan imtahan sualları kifayət qədər asan oldu.Oğlum 1-ci qrupa hazırlaşır,riyaziyyatı da çox yaxşı bilir.Amma həmin gün Azərbaycan dilindən olan suallar çox çətin oldğundan,oğlum riyaziyyatı axıra qədər yazmağı çatdıra bilmədi.Nəticədə vaxt qurtadlğına görə,riyaziyyatdan 5-sualı,həm də həllini dəqiq bildyi sualları yaza bilmıdi.Sosial şəbəkələrdə nə qədər etiraz olunsa da,müraciət olunsa da heç bir nəticə əldə edə bilmədik.İnşAllah sizin tələbinizə insafla,vicdanla yanaşarlar

  • Elnarə
    Avqust 5, 2020 - 10:53

    Yazilanlarla tam raziyam. 30 iyul tarixinde kecirilen imtahan sualini bele cetinlewdirmekde meqsedleri ne oldugunu anlaya bilmirem. DIM suallari tertib edende ne duşunurmuş. Uşaqlardan dinləmə qabiliyyetini tələb etmədən öncə normal səsləndirmə təqdim etməlidi uşaqlara. Əgər bunu edə bilmirsə nə haqla uşaqlardan dinləmə bacarığı tələb edə bilir. Bu imtahan verən uşaqlara qarşı haqsızlıqdı. Qızım da30 tarixində imtahan verib.11 ci sinfə kimi əlaçı oxuyan uşaqdı. Biz də haqqımızı tələb edirik. Oxuyan uşaqların ahı yerdə qalmaz.

  • Əliyeva Gülnisə
    Avqust 5, 2020 - 11:27

    Youtubda müəllim bu sualları 45 dəqiqəyə cavanlandırdı. Şagid isə əvvəlcə düşünməli sonra yazmalıdır. Təqribən 80 90 dəq. Vaxt lazımdır. Azərbaycan dili mətnləri lazımsız sualları cavablandırmaq lazımdır. Bəlkədə bizim uşaqlar həyatın ən böyük sınaqını verdilər. Mənim qızım 24 iyul imtahan verib. Hörmətli valideyinlər, evladlarınızı nəzarətsiz qoymayın . Ruh düşkünlüyündən qoruyun. Qəbul ballarının düşəcəyi ümüdü ilə…..

  • haja
    Avqust 5, 2020 - 12:12

    Duzdur cox ayri seckilik var idi. Tekce iyun ayinin 30-da olan imtahanda deyil, basqa imtahanlarda da diger imtahanlara nezeren cetinlik var idi. Niye ana dili ve ingilis dili fennine aid suallar orta seviyyede, riyaziyyat fennine aid suallar ise bu qeder cetin? Melumdur ki riyaziyyat fennini daha yaxsi 1 ve 2-ci qrupa hazirlasan sagirdler bilir, bele olan halda niye buraxilisa qebul tipli suallar gelir? Yeni dovlet yuksek balli sagirdlerin 1 ve 2-ci qrup sagirdleri olmasina calisir? Eyer dovlet qebul olan sagirdlerin her terefli be daha savadli olmasini isteyirdise onda ana dili fenni de cetin salinardiki tarazliq yaransin. Bu ayri seckilik hem bolgeler, hem sagirdler, hem de cemiyyet ve DİM arasinda boyuk mubahise qaynagi yaratdi. Daha olan oldu, kecen kecdi, lakin DİM bir aciqlama etmelidi ( lakin neyi deyise biler bu?). Bezen imtahanlarin bele salinmasinin izahin bolgelerde ki usaqlarin riyazi qabiliyyetine esaslandirirlar, lakin niye bele olmasini dusunen yoxdu. Bolgelerdeki sagirdlerin riyazi bilikleri hemin bolgenin riyaziyyat muellimlerinden asilidi ve yaxud da mekteblerimizin mentiq derslerine ehtiyaci var. Axi imtahan suallari tekce riyazi bilik deyil, mentiq de teleb edirdi. Xahis olunur bunlara aydinliq getirilsin!… İster pandemiye olsun, isterse de bele meseleler tehsilimize bu il agir zerbe oldu. Her bir abituriyente UGURLAR!

  • Leyla
    Avqust 5, 2020 - 15:55

    10 iyunda şəkiyə olan imatanda bele idi hele bizim suallar axsam internetde paylasilmisdi ve sabah olan imtahanda cox sual eyni dusud mence bu il resbulikada en cox haksizliq edilen 10 iyun ve 30 iyulda Veren şagirdlere oldu.. Neye gore yalniz o iki tarixde imtahan veren usaqlar imtahana etiraz etmişdi.. Bizde de eyni prablem olub sizi bizden yaxsi anliyan olmaz

  • E’Bil
    Avqust 5, 2020 - 22:40

    Size guzeste gedilse gerek diger seher ve rayonlarda muxtelif tarixde imtahan vermis usaqlara da guzeste gedilsin,muracietde ing dili ve riyaziyyatin guzeste gedilmesi istenmisdir amma belkede riyaziyyat ve ing dilini yaxsi yazmisa bir usaq az dilinden pis yazib ve bunun sayesinde 280 ve onun asagisinda bal yigi,ilk once her kesi dusunmeliyik men ozum 24 iyul vermisdim ve ing dili dinlemeden sehvlerim olmusdur.

  • Vefa
    Avqust 5, 2020 - 23:19

    Mütleq 30 iyulla baqlı olan haqsızlıqı cenab Prezidente çatdırmalıyıq.biz hamımız bir olub valideynler,30 iyulda imtahan veren bütün abitryentler sesimizi cenab prezidente bildirmeliyik.bu haqsızlıqa son qoyulmuladır.hamınız prezident.az saytına yazın,eziz valideynler,abitryentler.uşaqlar bu qeder eziyyet çekdiler onların haqqınyeyilmemelidir!!!!!!

Xəyalə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*