Robert Pattinson dünyanın ən yaraşıqlı adamı seçildibackend

Robert Pattinson dünyanın ən yaraşıqlı adamı seçildi

Məşhur plastik cərrah Julian De Silvanın yeni araşdırmasının nəticələrinə görə Hollivud ulduzu, aktyor Robert Pattinson kişilər arasında dünyanın ən yaraşıqlı üzünə sahibdir.

KONKRET.az xəbər verir ki, məşhurların dodaqlarının, burnunun, çənəsinin, alnının və çənəsinin proporsiyasını ölçən Julian 33 yaşlı britaniyalı aktyorun simasının “qızıl nisbət”ə (İntibah dövrü sənətçilərinin mükəmməllik ölçüsü) yaxın olduğunu müəyyənləşdirib.

Eyni şəkildə, keçən il De Silva supermodel Bella Hadidin planetin ən cazibədar qadını olduğunu diqqətə çatdırmışdı.

“Qızıl nisbət”in tam reytinqi:

1. Robert Pattinson (92.15%)

2. Henri Kavill (91.64%)

3. Bredli Kuper (91.08%)

4. Bred Pitt (90.51%)

5. Corc Kluni (89.91%)

6. Hyu Jakman (89.64%)

7. Devid Bekham (88.96%)

8. İdris Elba (88.01%)

9. Kanye Uest (87.94%)

10. Rayan Qoslinq (87.48%)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*