Məşhur irland yazıçısı Edna O’Brayen 94 yaşında iyulun 27-də Londonda vəfat edib.
KONKRET.az “The Guardian”a istinadən xəbər verir ki, ölümün səbəbi uzun sürən xəstəlik olub.
Yazıçı 1930-cu ildə İrlandiyanın Tomqraney şəhərində anadan olub, 11-15 yaşlarında “Xeyriyyə Bacıları” tərəfindən böyüdülüb, sonra kollecində oxuyub. 1954-cü ildə yazıçı Ernest Gebler ilə evlənib və cütlüyün iki oğlu olub. 1959-cu ildə onlar İngiltərəyə köçüblər və Edna Hutxinson nəşriyyatında işləməyə başlayıb və tezliklə ona roman yazmaq tapşırılıb. Bir il sonra onun ilk işi ingilis dilində nəşr olunub.
Məşhur trilogiyanın ilk romanı “Kənd qızları” 1960-cı ildə, ardınca 1962-ci ildə “Tənha qız” və 1964-cü ildə “Toy xoşbəxtliyindəki qızlar” romanı işıq üzü görüb. İrlandiyada bu əsərlərin hamısı dərhal qadağan edilib.
Lakin bir müddət sonra yazıçının xidmətləri vətənində qiymətləndirilir – o, 2006-cı ildə “Uliss” medalını alır, 2015-ci ildə isə İrlandiya prezidenti Maykl D. Hiqqins ona ölkənin ən yüksək ədəbi mükafatı olan “Aosdan Saoi” (“qorxmaz həqiqət aşiqi”) mükafatını təqdim edir.
Virciniya Vulf haqqında “Virciniya” dramı 1984-cü ildə (məşhur ingilis qadını Meqqi Smitin iştirakı ilə) uğurla tamaşaya qoyulub. O, həmçinin Corc Bayron və Ceyms Coysun tərcümeyi-hallarını yazıb. 2006-cı ildən Dublin Universitet Kollecində ingilis ədəbiyyatından dərs deyib.
Günel Mikayılova,
KONKRET.az