Ronaldo koronavirusa yoluxdubackend

Ronaldo koronavirusa yoluxdu

Braziliya millisinin sabiq futbolçusu Ronaldo koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, veteran hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçirəcəyi G qrupunun I tur oyununu stadiondan izləyə bilməyəcək.

Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı oteldə karantinə alınıb.

Qeyd edək ki, Braziliya yığması 2002-ci ildə dünya çempionatının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*