“Roqozinin onurğasına daxil olan qəlpəni çıxarmaq mümkün deyil”.
KONKRET.az xəbər verir ki, “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin Donetskdə yaralanmasının xarakteri məlum olub. Roqozin Donetskdə ad günü şənliyi zamanı yaralanıb. Ukraynalılar Roqozinə sürpriz ad günü hədiyyəsi göndəriblər.
“6-7 dəqiq zərbə oldu, biri partlamadı. Bütün bu müddət ərzində bu oteldə qalmışıq. Döyüşçülərim də yaralanıb, biri komada, biri ölüb”, – Roqozin Rusiya müxbiri Aleksandr Kotsa bildirib.
“DXR”-in məlumatına görə, Roqozinin onurğasındakı qəlpənii çıxarmaq mümkün deyil. O, hazırda yerli xəstəxanadadır.
Dmitri Roqozin digər yaralıların vəziyyəti sabitləşənə qədər Rusiyanın digər regionlarındakı tibb müəssisələrinə təxliyə olunmaqdan imtina edir.
Xatırladaq ki, Donetskdəki “Şeş-Beş” restoran-mehmanxana kompleksi “Roskosmos”un keçmiş rəhbərinin orada ad gününü qeyd etdiyi bir vaxtda vurulub.
Roqozin 2022-ci ilin noyabr ayından xüsusi hərbi əməliyyat zonasında hərbi məsləhətçilərdən ibarət “Çarski canavarları” təftiş qrupuna rəhbərlik edir.
Xuraman Etibarlı,
KONKRET.az
