RT: “Navalnıya daha 15 il həbs cəzası verilə bilər”backend

RT: "Navalnıya daha 15 il həbs cəzası verilə bilər" 

Fırıldaqçılıq və hakimi təhqir etmək ittihamı ilə 9 il həbs cəzasına məhkum edilmiş müxalif siyasətçi Aleksey Navalnı ekstremist fəaliyyətlə bağlı mühakimə oluna bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Russian Today” (“RT”) mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Aleksey Navalnını əlavə 15 il həbs cəzası gözləyir.

“Navalnıya qarşı irəli sürüləcək ittihamlarla bağlı hadisələr bu ilin yazında baş verib. İş materiallarına görə, o, tərəfdarlarını xüsusi hərbi əməliyyatın keçirilməsinə qarşı razılaşdırılmamış mitinqlərə çıxmağa çağırıb”, – dövlət nəşri yazıb.

RT mənbələrinin məlumatına görə, istintaq müxalifətçinin açıq bəyanatlarını dövlət quruluşunu devirməyə çağırış kimi qiymətləndirir.

Bildirilib ki, Aleksey Navalnı tərəfdarlarının hərəkətlərini şəxsən idarə edib.

Məlumata görə, böyük ehtimalla, müxalifətçinin həmfikirləri də məsuliyyətə cəlb oluna bilər.

Qeyd edək ki, sentyabrın 8-də Navalnı vəkili ilə bağlı imtiyazının ləğvindən şikayət edib. Siyasətçinin sözlərinə görə, cəza çəkdiyi müəssisənin rəhbərliyi onun vəkili ilə işləməsini çətinləşdirib. İndi Navalnı ilə vəkili arasında söhbətlər də həbsxana əməkdaşlarının nəzarəti altında aparılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*