Ruben Melikyan: “Ermənistan ciddi konstitusiya böhranı vəziyyətindədir”backend

Ruben Melikyan: "Ermənistan ciddi konstitusiya böhranı vəziyyətindədir"

Ermənistan ciddi konstitusiya böhranı vəziyyətindədir.

KONKRET.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Ruben Melikyan yerli jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun fikrincə, uzanan konstitusiya böhranı 2018-ci ildə hakimiyyət dəyişikliyinə qədər konstitusiya sistemi olduqca güclü idi:

“Hazırda biz Konstitusiyanın praktiki olaraq olmadığı bir vəziyyətlə üzləşmişik. Qanuniliyin sərhədləri silinib”.

Melikyan qeyd edib ki, indiki hakimiyyət formal tələblərə riayət etmədən, namizədlərin şəxsi keyfiyyətlərindən və peşəkar bacarıqlarından asılı olmayaraq istədiyi şəxsləri vəzifəyə təyin edir.

Məsələn, Konstitusiya Məhkəməsinin hakimliyinə namizəd Seda Safaryan Konstitusiya Məhkəməsində baş nazir Nikol Paşinyanın səlahiyyətini təcəssüm etdirəcək. Hakim partiyanın fraksiyasının üzvü, Nikol Paşinyanın ailəsinin vəkili isə Kassasiya Məhkəməsinin hakimi vəzifəsinə “təyin edilib”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*