“Rusiya üçün rublun məzənnəsinin proqnozlaşdırılması onun parametrlərindən daha vacibdir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov deyib. O əlavə edib ki, hazırda xarici bazar iştirakçıları üçün proqnozlaşdırıla bilən valyutanı saxlamaq üçün səylər göstərilir:
“Rusiya üçün rublun məzənnəsinin parametrləri deyil, onun proqnozlaşdırıla bilməsi vacibdir. Bizim məzənnəmiz sabitləşib. İndi bütün tədbirləri görürük ki, rubl xarici iqtisadi fəaliyyət iştirakçıları üçün proqnozlaşdırıla bilən valyuta olsun” – Siluanov vurğulayıb.
İqtisadi inkişaf naziri Maksim Reşetnikov isə rublun tarazlıq məzənnəsinə qayıtmaq zərurətindən danışıb. Onun fikrincə, yüksək məzənnə Rusiya məhsullarını xarici bazarlarda rəqabətə davamsız edir.
Rusiya Elmlər Akademiyasının ekspertləri rublun hazırkı möhkəmlənməsini daxili qiymətlərin saxlanmasına müsbət, büdcə sisteminin gəlirlərinə və ixracatçıların xərclərinə isə mənfi təsir göstərdiyini bildiriblər.
Ekspertlər hesab edirlər ki, rublun məzənnəsinin yeni artımı ixracatçıların vergi ödəməsi fonunda daxil olan gəlirlər hesabına baş verib. Lakin vergi dövrü başa çatdıqdan sonra Rusiya valyutasının möhkəmlənməsini gözləmək lazım deyil.
Müşviq Tofiqoğlu,
KONKRET.az
