Paşinyan: “Ermənistan İranın Qarabağ münaqişəsi ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndirir”
KONKRET.AZ xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İran prezidenti Həsən Ruhani ilə görüşündə bildirib ki, “İki ölkə arasında mövcud münasibətlər ən yüksək həddədir və Ermənistanla İranın münasibətləri geosiyasi təsirlər fonunda daha sıx olmalıdır, çünki biz birbaşa qonşuyuq və ortaq maraqlarımız var”.
Baş nazir qeyd edib ki, bu, İran prezidentinin ölkədəki siyasi dəyişikliklərdən sonra Ermənistana ilk səfəridir. Paşinyan vurğulayıb ki, Ermənistan İranın Qarabağ münaqişəsinin həlli ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndirir.
Ruhani: “Qarabağ münaqişəsi bütün münaqişə tərəflərinin mövqeləri və fikirləri nəzərə alınmaqla dinc danışıqlar yolu ilə həll edilməlidir”.
İran Prezidenti Həsən Ruhani isə öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha bəyan edib: “Qarabağ münaqişəsi bütün münaqişə tərəflərinin mövqeləri və fikirləri nəzərə alınmaqla dinc, danışıqlar yolu ilə həll edilməlidir”.
İrann dövlət başçısı Ermənistanla iqtisadi əlaqələrin məqsədinə də toxunaraq deyib ki, “qaz qarşılığında elektrik enerjisi proqramının əhatə dairəsini genişləndirmək üçün hökumətinizlə işimizi davam etdirməyə hazırıq”. Həsən Ruhaninin sözlərinə görə, İran Ermənistanla nəqliyyat infrastrukturu sahəsində, o cümlədən müxtəlif yol-tikinti proqramlarında iştirak məsələsində maraqlıdır.
Tərəflər dəmir yolu sektorunda, yüksək texnologiyalar, gömrük, elm, turizm sahələrində əməkdaşlıqla bağlı məsələlərə də toxunublar.
Həsən Ruhani Baş nazir Paşinyanın rəhbərliyindən sonra iki ölkə arasında ticarətin həcminin əhəmiyyətli dərəcədə artdığını və ortaq proqramların uğurla həyata keçirilməsini davam etdirdiyini vurğulayıb.
Fadil PAŞAYEV
