backend

Rumıniya şirkətindən Azərbaycana JEST

Rumıniyanın UNI-RECYCLING SRL şirkətinin sahibi, Azərbaycanı sevən iş adamı cənab Cornel Varvara Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib.

KONKRET.az xəbər verir ki, şirkət Fonda 20 min avro məbləğində vəsait köçürüb, bununla yanaşı ölkəmizdə virusa yoluxan xəstələrin müayinəsi və həkimlərin sözügedən xəstəlikdən qorunması üçün lazımi tibbi avadanlıqları Azərbaycana göndərməklə ölkə rəhbərinin çağırışına qoşulub.

Eyni zamanda cənab Cornel Varvara rumın iş adamlarına çağırış edərək Azərbaycan və bütün dünyada tüğyan edən koronavirus infeksiyasına qarşı mübarizədə səyləri birləşdirməyin vacibliyini bildirib.

Qeyd edək ki, 2005-ci ildən yaradılan şirkət dünyanın bir sıra ölkələrində neft və neft-kimya məhsullarından çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində bir çox layihələri həyata keçirməkdədir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*