Malayziyanın keçmiş kralı Məhəmməd V ilə nikahdan uşaq dünyaya gətirən “Miss Moskva-2015″in qalibi Oksana Voyevodina öz həyatı üçün qorxduğundan silah gəzdirir.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o, “İnstagram”da paylaşım edib.
Keçmiş kralın və “Miss Moskva”nın qalmaqallı şəkildə ayrılması 2019-cu ilin yanvarında məlum olub. Həmin ilin iyulunda KİV bildirmişdi ki, cütlük rəsmən boşanıb. Bununla yanaşı, Məhəmməd V Voyevodinadan olan oğlunu varis kimi qəbul etməyib.
Model isə ona Londonda ev, Moskvada mənzil verilməsini, uşağın saxlanılması üçün ayda iki milyon ayırmasını tələb edib.
Voyevodinanın sözlərinə görə, o, daha heç vaxt sadəlövh olmayacaq və öz həyatı üçün qorxur.
“Mən dəyişmişəm. Heç vaxt əvvəlki kimi olmayacağam. Yeni dostlarım yoxdur. İnsanları yoxlayıram, su içmirəm və yad insanlarla yemək yemirəm, silah üçün lisenziya aldım və evə gələndə ətrafa baxıram”, — deyə Voyevodina yazıb.
Bununla yanaşı, “Starxit”in məlumatına görə, Voyevodina ilə əhatədə olun mənbə əvvəllər bildirib ki, o, Malayziyanın keçmiş kralına maliyyə tələblərini irəli sürəndən sonra mütəmadi olaraq təhlükə ilə üzləşib.
“Uşağın həyatı onun hərəkətlərindən asılıdır. İndi onun çoxlu sirli düşmənləri var”, — deyə o bildirib.
Babək Göyüş
KONKRET.az
