backend

Rus sonluqlu soyadlar qadağan edildi - Parlamentdən qanuna dəyişiklik

Tacikistan parlamentinin aşağı palatası vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə qanuna dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən rus sonluqlu soyadlar və ata adlarının istifadəsi qadağan edilir.

Qanun layihəsini parlamentə təqdim edərkən ölkənin ədliyyə naziri Müzəffər Aşuriyon bildirib ki, bundan sonra Tacikistanda “-ov/-ova” soyad sonluqları, eləcə də “-viç/-ovna” ata adı sonluqları qadağan olunacaq.

Tacikistan vətəndaşları “-purduxt”, “-i”, “-zod”, “-zoda”, “-on/-yon/-iyon” “-niyor” və “-far” sonluqları olan soyadlardan istifadə edə bilərlər.

Bu qadağa ölkədə yaşayan milli azlıq nümayəndələrinə şamil olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*