Rus televiziyaları yayım şəbəkəsindən silindi – Qazaxıstandabackend

Rus televiziyaları yayım şəbəkəsindən silindi - Qazaxıstanda

“Qazaxıstan Britaniya və Amerika KİV-lərinin efirinə maneəsiz çıxışı təmin etsə də, Rusiya xəbər kanallarını respublika yayım şəbəkəsindən çıxarmaqda davam edir”.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin rus seqmentində olan “Narpolit” səhifəsi yazıb.

Bildirilir ki, bu dəfə Qazaxıstan operatoru Otau TV Rusiya televiziyasını, o cümlədən Birinci Kanalı yayım şəbəkəsindən çıxarıb. Qeyd edək ki, onun peyk televiziyası xidmətləri TVcom tərəfindən abunəçilərə təqdim olunur.

TVcom-un press-relizindən məlum olub ki, 2024-cü ilin əvvəlindən Qazaxıstan operatoru xəbər məzmunlu xarici yayımın payını azaldır, bunun əvəzinə artıq qazaxıstanlı tamaşaçılara yeni əyləncə kanalları təklif olunub.

Səhifədə daha sonra yazılır: “İlk baxışdan hər şey məntiqli səslənir: xəbərlər azalır, filmlər, maarifləndirici proqramlar əlavə olunur. Bəs onda niyə Astana BBC və CNN kimi Qərb xəbər kanallarına toxunmamağı seçdi?

Nədənsə, Qazaxıstan rəhbərliyi nə olursa-olsun, Rusiya xəbərlərini silməklə öz məqsədini həyata keçirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*