Rusiya Azərbaycanda olan deputatı qiyabi həbs edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bu gün, aprelin 20-də Perm şəhərinin Dzerjinski rayon məhkəməsi Qanunvericilik Məclisinin deputatı İlya Lisnyakı qiyabi olaraq iki ay müddətinə həbs edib.
Deputat Rusiyanı tərk edib və beynəlxalq axtarışa verilib. “Zvezda”nın məlumatına görə, deputat Azərbaycandadır.
İstintaq Komitəsi xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi açıb. Lisnyakla əlaqəli şirkətlərin ofislərində axtarış aparılıb.
Xuraman Etibarlı,
KONKRET.az
