Rusiya  Azərbaycanla sərhəddə HƏRBİ BAZA TİKİR – İDDİA – VİDEObackend

Rusiya  Azərbaycanla sərhəddə HƏRBİ BAZA TİKİR - İDDİA - VİDEO

Rusiya  Azərbaycan sərhədlərinin bir kilometrliyində hərbi baza tikir.

Bir aydan çoxdur ki, Tavuş vilayətinin Berd rayonunun Ayqepar kəndi yaxınlığındakı keçmiş hava limanının ərazisində Rusiya hərbi bazasının aktiv tikintisi aparılır. Sovet dövründə orada Yak-40 təyyarələri üçün uçuş-enmə zolağı olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq” radiostansiyasının erməni xidməti kənd sakinlərinə istinadən məlumat yayıb.

Ayqepar kəndi Azərbaycanın Əlibəyli kəndindən bir kilometr aralıda yerləşir. Bu, 44 günlük müharibədən əvvəlki aktiv toqquşmalar zonasıdır. Məhz dövlət sərhədinin bu hissəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı tarixə “iyul döyüşləri” və ya “iyul hadisələri” kimi düşmüş təxribatlar həyata keçirilib. Xüsusən də, bu döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov şəhid olub.

“Azatutyun”un qeyd edir ki, iyunun 17-də hökumətin məruzə olunmamış sualları arasında “Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsi məntəqələri haqqında” protokola dəyişiklik edilməsinə dair 2 saylı protokolun imzalanması məsələsi də olub.

Hökumətin saytında yerləşdirilən əsaslandırmaya görə, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşən yerləşdirmə məntəqələrinin ünvanlarının dəyişdirilməsi ilə əlaqədar torpaq sahələrinin tərkibində dəyişikliklər edilməsi zərurəti yaranıb. Rusiya tərəfinə verilmiş daşınmaz əmlaka, habelə hüquqi əsası təşkil edən sənədlərə də dəyişiklik ediləcək. Əsaslandırmanı müdafiə naziri Suren Papikyan təqdim edib.

“Protokolun imzalanması Rusiya hərbi bazasının hərbi hissələrinin tərkibində dəyişiklik nəticəsində onların fəaliyyəti üçün şəraitin təmin edilməsi zərurəti ilə bağlıdır”, – əsasnamədə deyilir.

Azərbaycanın bir kilometrliyində rus hərbçiləri üçün tikilən nədir? 

Yerli sakinlərin dediyinə görə, tikintiyə rəhbərlik edənlər arasında ruslar da var. Müddət, hərbçi sayı və missiya barədə məlumat verilmir. Ermənistan Müdafiə Nazirliyi bütün bu suallara cavab verməyib.

Berd icmasının sədr müavini Samvel Ovsepyanın sözlərinə görə, hava limanının ərazisi icmaya aid deyil, onların işi yalnız inşaatçıya tikintiyə icazə verməkdən ibarət olub.

“Yəqin ki, ərazi Nəqliyyat və Rabitə Nazirliyinə məxsus olub, lakin keçmişdə bura aeroportun ərazisi idi, icma mülkiyyəti deyildi”, – deyə Ovsepyan bildirib.

Lakin yerli sakinlər bu bölgədə Rusiya hərbi bazasının görünməsi ilə bağlı şayiələrə sevinirlər. Ayqepar sakini Vaçe Kələntəryan Azərbaycanla hərbi qarşıdurma illərini xatırlayaraq deyir ki, bölgə sakinləri hərbi bazanın yaranmasına çox “ümidlidirlər”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*