Rusiya Xarici İşlər Naziri Sergey Lavrov aktyor Cim Kerri də daxil olmaqla, 100 Kanada vətəndaşına sanksiya tətbiq edib.
KONKRET.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Kanadanın Rusiyanın idarəetmə, biznes, ətraf mühit və mədəniyyət nümayəndələrinə, siyasətçilərə, deputatlara və ekspertlərə qarşı sanksiyalarını davam etdirdiyi bildirilib.
Buna cavab olaraq, 100 kanadalı sanksiya siyahısına salınıb və Rusiyaya girişi qadağan olunub.
Bildirilib ki, siyahıya Kanadanın yüksək vəzifəli şəxsləri ilə yanaşı iş adamları, mətbuat nümayəndələri də daxil edilib.
