Rusiya Donetskdə binaya raket atdı – Ölən və yaralananlar varbackend

Rusiya Donetskdə binaya raket atdı - Ölən və yaralananlar var

Rusiya qoşunları Ukraynanın Donetsk bölgəsindəki Çasiv Yar şəhərində 5 mərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko sosial media hesabında açıqlama verib:

“Xilasetmə əməliyyatları davam edir. Dağıntılar altından 6 meyit və 5 yaralı çıxardıq”.

Binanın hər iki girişinin tamamilə dağıldığını bildirən Kirilenko, biri 9 yaşlı olmaqla ən azı 34 nəfərin hələ də dağıntılar altında ola biləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*